19 C
Bakı
10 Oktyabr 2026 12:29
CəmiyyətGündəm

Vatsap hesabları ələ keçirilir – XƏBƏRDARLIQ

Hazırda vətəndaşların “WhatsApp” hesablarının ələ keçirilməsi halları müşahidə edilir.

 

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

 

Məlumatda bildirilib ki, quruma bununla bağlı son bir gün ərzində 1000-ə yaxın vətəndaş müraciəti daxil olub:

“ETX tərəfindən məsələnin araşdırılması məqsədilə “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti ilə danışıqlar aparılır. Araşdırma yekunlaşdıqda bu barədə ictimaiyyətə məlumat təqdim ediləcək.

 

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesablarının təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməyi, tanımadıqları şəxslərdən göndərilən şübhəli keçidlərə daxil olmamağı, onlara göndərilən OTP kodu başqa şəxslərlə paylaşmamağı və tətbiqin ən son versiyasını yükləməyi tövsiyə edir.

 

Həmçinin, bu hallarla qarşılaşan vətəndaşlardan “1654” qaynar xətti və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin

Bəs cəmiyyət niyə bu vəziyyətdədir?

redaktor

Din – Siyasətdir…

redaktor