Cəmiyyət

Jurnalistin həbs olunması ilə bağlı qərar qüvvədə qaldı

Yanvarın 25-də “Abzas Media” işi üzrə həbs edilən jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatət təmin edilməyib.
Tacxeber.com
 “Abzas Media”ya istinadla xəbər verir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyilə keçirilən prosesdə  jurnalistin həbs olunması ilə bağlı qərar qüvvədə qalıb.
O, bu iş üzrə həbs edilən altıncı jurnalistdir.
Qeyd edək ki, “Abzas Media” işi üzrə noyabrın 20-də nəşrin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri ilə əlaqədar olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da onların həbslərini siyasi qərar adlandırıb və jurnalistlərin azad olunmasına çağırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda həkimlər ürəyi dayanan xəstəni 10 dəqiqə sonra həyata qaytardılar – VİDEO

redaktor

Ruhi Əliyeva: “14 yaşlı qızı ərə verirlər, amma o, hələ öz hüquqlarını qoruya bilmir” – VİDEO

redaktor

Bakının bu ərazisində donuzların içalatı arxa axıdılır – Sakinlər iki ildir ki… – VİDEO

admin