22.2 C
Bakı
10 İyun 2026 03:12
Sağlamlıq

Bu iki məhsulun gündəlik istifadəsi xərçəng riskini azaldır

Elmi şəkildə sübut olunub…

bu-iki-mehsulun-gundelik-istifadesi-xerceng-riskini-azaldir

 

Süd məhsulu olan içkilər (qatıq, ayran, kefir, ryajenka) və duza qoyulmuş kələm xərçəng riskini azaldır.

Tacxeber.com xəbər verir ki, bu barədə rusiyalı diyetoloq, tibb elmləri doktoru Mixail Qinzburq bildirib.

Onun sözlərinə görə, qidalanmada kifayət qədər miqdarda fermentləşdirilmiş südlü içkilər və fermentləşdirilmiş tərəvəzlər yoğun bağırsaq xərçəngi ehtimalını azaldır. Mütəxəssis vurğulayıb ki, sözügedən məhsulların onkoloji xəstəliyin inkişafına qarşı profilaktik təsiri elmi şəkildə sübut olunub.

“Bu, müdafiəni təmin edəcək, yaxud ən azı yoğun bağırsaq xərçəngi ehtimalını əhəmiyyətli dərəcədə azaldacaq”, – deyə həkim izah edib.

Qeyd edək ki, Qinzburq daha əvvəl sarıkökün istifadəsinin yoğun və düz bağırsaq xərçəngi, prostat xərçəngi və döş xərçənginin inkişafının da qarşısını aldığını bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Həkim: “Narkozun əsəb yaratmaq kimi təsiri yoxdur” – MÜSAHİBƏ + FOTO

redaktor

Gündə 3 dənə ərik yeməyin faydaları

redaktor

Kim Kardaşyan üzünə qızılbalıq sperması vurdurdu

admin