Sağlamlıq

Bu iki məhsulun gündəlik istifadəsi xərçəng riskini azaldır

Elmi şəkildə sübut olunub…

bu-iki-mehsulun-gundelik-istifadesi-xerceng-riskini-azaldir

 

Süd məhsulu olan içkilər (qatıq, ayran, kefir, ryajenka) və duza qoyulmuş kələm xərçəng riskini azaldır.

Tacxeber.com xəbər verir ki, bu barədə rusiyalı diyetoloq, tibb elmləri doktoru Mixail Qinzburq bildirib.

Onun sözlərinə görə, qidalanmada kifayət qədər miqdarda fermentləşdirilmiş südlü içkilər və fermentləşdirilmiş tərəvəzlər yoğun bağırsaq xərçəngi ehtimalını azaldır. Mütəxəssis vurğulayıb ki, sözügedən məhsulların onkoloji xəstəliyin inkişafına qarşı profilaktik təsiri elmi şəkildə sübut olunub.

“Bu, müdafiəni təmin edəcək, yaxud ən azı yoğun bağırsaq xərçəngi ehtimalını əhəmiyyətli dərəcədə azaldacaq”, – deyə həkim izah edib.

Qeyd edək ki, Qinzburq daha əvvəl sarıkökün istifadəsinin yoğun və düz bağırsaq xərçəngi, prostat xərçəngi və döş xərçənginin inkişafının da qarşısını aldığını bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Qrip niyə bu qədər TƏHLÜKƏLİ OLDU: “Növbəti iki ildə tez-tez və daha ağır xəstələnəcəyik”

redaktor

40 yaşlı qadınlardan danışan professora 64 yaşlı Nailə İslamzadədən CAVAB

redaktor

Keçmişimiz bizdən niyə əl çəkmir? – Beynin oyunu

redaktor