20 C
Bakı
22 Oktyabr 2026 23:55
İdman

Türkiyədə hakimi döyən klub prezidenti tutuldu

 

Türkiyənin “Ankaragücü” klubunun prezidenti Faruk Koca saxlanılıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, buna funksionerin “Rizəspor”la Superliqanın XV turunun matçında baş hakim Halil Umut Meleri yumruqla vurması səbəb olub.

Onunla birlikdə daha iki nəfər saxlanılıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. “Rizəspor” əlavə edilən 7-ci dəqiqədə hesabı bərabərləşdirib. Hazırda “Ankaragücü” 18 xalla 11-ci yerdədir. “Rizəspor” isə 22 xalla 8-ci pillədə qərarlaşıb.

Tacxeber.com

Oxşar xəbərlər

Yaxşı mübarizə, məyusedici nəticə

admin

“Sabah” “Borussiya”ya qarşı

admin

Arda Güler daha 5 il “Real”da

admin