22.6 C
Bakı
29 İyun 2026 09:30
İdman

Türkiyədə hakimi döyən klub prezidenti tutuldu

 

Türkiyənin “Ankaragücü” klubunun prezidenti Faruk Koca saxlanılıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, buna funksionerin “Rizəspor”la Superliqanın XV turunun matçında baş hakim Halil Umut Meleri yumruqla vurması səbəb olub.

Onunla birlikdə daha iki nəfər saxlanılıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. “Rizəspor” əlavə edilən 7-ci dəqiqədə hesabı bərabərləşdirib. Hazırda “Ankaragücü” 18 xalla 11-ci yerdədir. “Rizəspor” isə 22 xalla 8-ci pillədə qərarlaşıb.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan millisinin baş məşqçisi Türkiyə çempionu olub

redaktor

Azərbaycan güləşçisi Avropa üçüncüsü oldu

redaktor

Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı

admin