22.8 C
Bakı
10 İyun 2026 02:35
Cəmiyyət

Azərbaycanda 15 deputata 100 minlik maşın verildi – FOTO

Azərbaycanda 15 deputata 100 minlik maşın verildi - FOTO

Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.

Yeni sabah-ınxəbərinə görə, artıq bir müddətdir ki, komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə edirlər.

Hazırda parlamentin 15 komitəsi var.

Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.

“Yeni Sabah” araşdırıb ki, hazırda “Mercedes E 300” markalı avtomobillərin Mercedess-in Azərbaycandakı rəsmi nümayəndəliyində satış qiyməti 101 808 manatdır.

Tacxeber.com

Oxşar xəbərlər

Xaricə satılan fındıq 1000 dollara qədər bahalaşıb.

admin

Çörəyin çəkisi etiketdə göstərilən kimi olmasa, nə etməliyik? – VİDEO

redaktor

Sahibkarlar Qubanın icra başçısından şikaytəçidir – AÇIQ DÜŞMƏNÇİLİK EDİR…

redaktor