29 C
Bakı
11 Avqust 2025 15:48
CəmiyyətHadisə

Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir – Foto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkir.

Bu barədə AYNA-dan bildirilib.

Məlumata görə, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı tədbirlər davam etdirilir. Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində təşkil edilmiş avtobus zolağının effektivliyi nəzərə alınaraq, eyni zamanda görülən işlərin davamı olaraq əks istiqamətdə də xüsusi hərəkət zolağının təşkili həyata keçirilir.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Tacxeber.com

Oxşar xəbərlər

Yas mərasimində döşəmə çökdü – ağır yaralılar var – FOTO

admin

Pensiyaya çıxmaq üçün sənəd toplamağa ehtiyac qalmadı – Baş nazirdən qərar

redaktor

Bakıda Şaxta baba və Qar qız niyə yoxa çıxıb? – Açıqlandı

redaktor