DünyaSiyasət

Finlandiya bu tarixdə Rusiya ilə sərhədləri bağlayacaq.

Finlandiya Rusiya ilə sərhəddə sonuncu nəzarət-buraxılış məntəqəsini noyabrın 30-da bağlamağı planlaşdırır.

“Unikal” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bugünkü brifinqdə deyib.

Onun sözlərinə görə, bu gün Finlandiyanın Moskvadakı səfirliyi Rusiya hökumətinə rəsmi nota göndərib.

Notada Finlandiya hakimiyyətinin noyabrın 30-da Rusiya ilə sərhəddəki “Raya-Yooseppi” nəzarət-buraxılış məntəqəsini bağlayacağı qeyd olunub.

“Beləliklə, Rusiya-Finlandiya sərhəddində bütün nəzarət-buraxılış məntəqələri bağlanacaq”, – Zaxarova deyib.

Tacxeber.com

Oxşar xəbərlər

“ABŞ-ni narkotik epidemiyasından yalnız ölüm cəzası xilas edə bilər” – Tramp

redaktor

Kiyevdən Moskvaya böyük şok: Rusiya donanmasının qərargahı vurulub.

admin

Lukaşenka qorxuya düşüb: O, aşpazı, qulluqçuları və mühafizəçiləri dəyişib

admin