24 C
Bakı
22 İyun 2025 10:34
Dünya

HƏMAS İlon Maskı Qəzza zolağına dəvət etdi

 

Fələstinin radikal HƏMAS hərəkatı İlon Maskı Qəzza zolağına səfər etməyə çağırıb.

Tacxeber.com xəbər verir ki, bu barədə hərəkatın rəhbərliyinin üzvü Usamə Həmdan məlumat yayıb.

“Biz İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq ki, o, Qəzza zolağında xalqımıza qarşı törədilən qətliamın miqyasını görə bilsin”, – deyə U.Həmdan bildirib.

HƏMAS, həmçinin dünya mediası jurnalistlərini törədilən dağıntıların miqyasını, uşaqlara və müdafiəsiz dinc sakinlərə qarşı soyqırımı əlamətlərini görmək üçün Qəzza zolağında iştiraklarını gücləndirməyə çağırıb.

Noyabrın 27-də İlon Mask İsrailə səfər edib və İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu və Prezidenti İsaak Hersoqla görüşüb. Amerikalı iş adamı Netanyahunun müşayiəti ilə HƏMAS-ın hücumu nəticəsində İsrailin ən çox zərər çəkmiş yaşayış məntəqələrindən biri sayılan Kibbutz Kfar Azaya baş çəkib. Mask İsrailin Baş naziri ilə HƏMAS-ın məhv edilməsi ilə bağlı razılığa gəlib və “başqa variant yoxdur” deyib. O, həmçinin qeyd edib ki, yəhudi dövlətinə münaqişə bitdikdən sonra Qəzza zolağının “demilitarizasiyası” və “deradikalizasiyası”nda kömək etmək istəyir.

Tacxeber.com

Oxşar xəbərlər

Milyarder İlon Mask narkotiklərə qurşanıb

redaktor

Kiyev yenə “Şahid”lə vuruldu

redaktor

Bu ölkədə ev almaq istəyənlərə 55 min ödəniləcək.

admin