İdman

Ronaldo hakimin onun xeyrinə verdiyi penaltini ləğv etdirdi – VİDEO

 

Səudiyyə Ərəbistanı futbol çempionatında forma geyinən dünya ulduzu Kriştiano Ronaldo bu dəfə feyr-pley addımı ilə gündəmə gəlib.

Tacxeber.com xəbər verir ki, epizod Asiya Çempionlar Liqası çərçivəsində baş tutan “Əl Nəsr” – “Persepolis” qarşılaşması zamanı qeydə alınıb.

Belə ki, Ronaldo cərimə meydançasında yerə yıxılandan sonra hakim 11 metrlik cərimə nöqtəsini göstərərək penalti təyin edib.

Portuqaliyalı futbolçu isə referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusunun olmadığını bildirib.

Nəticədə hakim qərarını dəyişib.

Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Qrup mərhələsində Ronaldonun çıxış etdiyi klub isə birinci yerdə qərarlaşıb.

 

Oxşar xəbərlər

“Qarabağ” “Neftçi”yə böyük hesabla qalib gələ bildi.

admin

Mayk Tayson boksa qayıdır – Fantastik bilet qiymətləri

redaktor

Rövnəq Abdullayev gedir, Rövşən Nəcəf gəlirsə…

admin