25.3 C
Bakı
13 İyun 2026 11:18
DünyaİqtisadiyyatMuharibə

İsrail HƏMAS-ın İran hökumətindən aldığı vəsaiti müsadirə etdi – Foto

İsrail HƏMAS-ın İran hökumətindən aldığı 1.5 milyon dollar məbləğində pulun müsadirə edildiyini bildirib.

Bu barədə “Azad İran” kanalı məlumat yayıb.

Məlumata görə, bununla bağlı İsrail Xarici İşlər Nazirliyinin fars dilində paylaşımlar edilən “X” hesabında açıqlama verilib.

Buna dair görüntülərdə İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyat zamanı HƏMAS-dan 1 milyon 500 min dollara yaxın nağd pulun müsadirə edildiyi qeyd edilib.

Həmçinin son 40 ildə Tehran tərəfindən “Hizbullah”, “İslami Cihad” təşkilatı, HƏMAS, “Həşd əl-Şəəbi”, və “Husi” yaraqlılarının gücləndirilməsinə milyonlarla dolların xərcləndiyi vurğulanıb. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Bu il pensiyaçılara yardım aylıq, yoxsa rüblük ödəniləcək?

redaktor

Android istifadəçilərinin nəzərinə: Kriptovalyutalarınız oğurlanacaq

admin

Ukrayna kəşfiyyatından növbəti uğurlu əməliyyatlar.

admin