12 C
Bakı
28 Mart 2026 04:01
DünyaMuharibə

ABŞ-nin “Eyzenhauer” təyyarə gəmisi Fars körfəzinə daxil oldu

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Duayt D. Eyzenhauer” təyyarə gəmisi Hörmüz boğazından keçərək, Fars körfəzi sularına daxil olub.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayıb.

“Noyabrın 26-da “Duayt D. Eyzenhauer” təyyarə gəmisi tam heyəti ilə Hörmüz boğazından keçərək Fars körfəzi sularına daxil oldu. Gəmi Fars körfəzində əsas beynəlxalq su yollarında naviqasiya azadlığını təmin etmək üçün patrul rolunu yerinə yetirəcək”, – komandanlıqdan bildirilib.

Qeyd edək ki, bundan əvvəl İsrail ordusunun sözçüsü Peter Lerner əgər təhlükə yaransa, İsrail Müdafiə Qüvvələrinin (İDF) Aralıq dənizinin şərqində yerləşdirilmiş ABŞ-nin iki təyyarə gəmisindən istifadə etməyə hazır olduğunu bildirmişdi.

Digər tərəfdən. ABŞ da Qəzza zolağı ilə bağlı münaqişə ilə əlaqədar “Duayt D. Eyzenhauer” və “Cerald R. Ford” təyyarə gəmilərinin başçılıq etdiyi təyyarədaşıyan hücum qruplarının Aralıq dənizinin şərqinə göndərildiyini elan etmişdi. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər

Pakistan İranla bağlı xüsusi iclas çağırdı.

admin

Sonsuzluğunu müalicə etmək üçün diri cücə uddu və …..

admin

Mask ÖNCƏGÖRÜCÜLÜYƏ başladı – “Kosmosda yadplanetlilərlə təmas qurulacaq”

admin