17 C
Bakı
28 Sentyabr 2025 05:13
Sağlamlıq

Çayla çox konfet yeyənlər tez qocalır

Bəzi növ konfetləri yemək bioloji qocalma proseslərini sürətləndirir.

Tacxeber.com medicina.az-a istinadən xəbər verir ki, dietoloq Mixail Qinzburq hər dəfə konfetlə çay içməyin potensial zərərini açıqlayıb.

“Bu qənnadı məmulatlarında arzuolunmaz maddələr var. Məsələn, palma yağı, ucuz, süni kakao yağı, trans yağ, süni rəng və s. Eləcə də konfetlərdə normadan artıq şəkər var. Həzm orqanları və qaraciyər üçün belə tərkibi həll edib mənimsəmək çox çətindir. Əlavə olaraq zərərli maddələrlə də yüklənir.

Konfetlərin bir zərəri qanda xolesterini artırıb, damarlarn tıxanmasına səbəb olmasıdır.

Kakao yağını əvəzləyici tərkiblə hazırlanan şokolad və konfetləri çox yeyənlərdə yaşlılara mənsub xəstəliklər erkən başlayır, onlar zahirən də tez qocalır. Ona görə marketlərdə satılan konfetlərdən həftədə 1-2 dəfədən artıq yeməyin, hər dəfə çayı konfetlə içməyin”, – dieoloq qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Şampunların 70%-də xərçəng yaradan maddə var – Alimlər

admin

2024-cü ildə xərçəng xəstəliyi kəskin artacaq – XƏBƏRDARLIQ

admin

Hansı əməliyyatları təkrar etmək olmaz?

redaktor