Cəmiyyət

Bakıda saxta dollar satan şəxslər saxlanılıb – Video

 

Bakıda saxta dollar satan dəstə üzvləri saxlanılıb.

Tacxeber.com xəbər verir ki, paytaxtın Binə qəsəbəsində yaşayan bir nəfər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək noyabrın 10-u qəsəbə ərazisində yerləşən mağazasında naməlum şəxsin alış-veriş edərkən ona 21 ədəd 100 dollarlıq saxta əsginas verdiyini bildirib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – 1981-ci il təvəllüdlü Gülnarə Eynullayeva, 1990-cı il təvəllüdlü Samir Fətullayev və 1999-cu il təvəllüdlü Əli Həmidov saxlanılıblar. Axtarış zamanı S.Fətullayevdən əlavə olaraq 14 ədəd 100 dollarlıq saxta əsginas götürülüb.

Faktla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Məhəmməd Peyğəmbər ermənilərlə bağlı nə yazıb? – FOTO

redaktor

Əkrəm Həsənov: “Azərbaycanda iqtisadiyyat və hüquq üzrə heç vaxt alim olmayıb, nə Nobel mükafatı?”

redaktor

ABŞ “Gürcü arzusu” rəhbərlərinə və onların ailə üzvlərinə sanksiya tətbiq etdi

admin