18 C
Bakı
01 Aprel 2026 17:42
DünyaSiyasət

ABŞ-dan Ukraynaya pis xəbər: “Getdikcə…”

Konqresdə Ukraynaya yeni yardım paketinin təsdiq edilməməsi səbəbindən ABŞ-ın imkanları hər həftə azalır.

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“Bu, bizim Ukraynaya lazım olan hər şeyi vermək səylərimizə təsir edir. Bu təsir zamanla artacaq”, – ABŞ rəsmisi bildirib.

Onun sözlərinə görə, Konqres Prezident Co Baydenin Ukrayna və İsrailə yardımı ehtiva edən tələbini ən qısa zamanda təsdiq etməlidir, çünki bu, birbaşa ABŞ-ın milli maraqlarına toxunur.

Bayden administrasiyası Konqresə İsrail, Ukrayna, Hind-Sakit okean regionu və sərhədlərin möhkəmləndirilməsi üçün maliyyə tələbi göndərib. Hökumət bu təşəbbüsə dəstək təmin etmək üçün Konqresinin hər iki palatasında respublikaçılar və demokratlarla fəal işləyir.

“İsrail, Ukrayna, Hind-Sakit okean regionu və sərhədlər üçün sabit maliyyə təmin edə bilməsək, Birləşmiş Ştatların milli maraqlarına ciddi ziyan dəyəcək”, – Sallivan vurğulayıb. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda 7,5 gücündə zəlzələ olacağına dair açıqlamaya REAKSİYA

redaktor

İki dünya müharibəsinin səbəbkarı olan ALMANİYA haqqında maraqlı məlumatlar.

redaktor

“Netflix” Rza Zərrab haqqında film çəkəcək

redaktor