DünyaSiyasət

“Gəncləri ölümə göndərməyin” – Maskdan Zelenskiyə müraciət

“Ukraynadakı müharibəni Birinci Dünya Müharibəsi ilə müqayisə edə bilərəm”.

Bunu “Tesla” və “SpaceX”in sahibi İlon Mask Leks Fridmanın podkastında bildirib.

Aparıcının əvvəllər Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan imtina edən Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlar masasına oturub-durmaması ilə bağlı sualına Mask müsbət cavab verib:

“Düşünürəm ki, Zelenskiyə ukraynalı gəncləri səngərdə ölməyə göndərməməyi məsləhət görərdim. Onun Putinlə dialoqa girib-girməyəcəyindən asılı olmayaraq, bunu etməyə ehtiyac yoxdur”.

İş adamı onu da əlavə edib ki, indi hansı tərəf hücuma cəhd etsə, o, böyük itkilərlə üzləşəcək və müvafiq qərarlar qəbul edənləri tarix bağışlamayacaq.  (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan: Ermənilər və Azərbaycanlılar “ən yaxşı sülhməramlılar”a çevriliblər

redaktor

Ukraynanın keçmiş müdafiə naziri: Kiyev müharibəni yavaş-yavaş uduzur

redaktor

Koçaryan prezident olarkən dövlətə məxsus qiymətli əmlakları bazar qiymətindən xeyli aşağı qiymətə özünküləşdirib

admin