Dünya

6 fevral zəlzələsində qaçan podratçı saxlanıldı – VİDEO

 

Fevralın 6-da Hatayda baş verən zəlzələdə 370 nəfərin həlak olduğu binanın podratçısı 72 yaşlı Mehmet Özat saxlanılıb.

Tacxeber.com Türkiyə mediasına istinadla xəbər verir ki, onu Ankarada ticarət mərkəzində yaxınlarını itirən qadınlar gəzərkən görüblər.

Zəlzələdə yaxınlarını itirən iki qadın Mehmeti tutaraq polisə müraciət edib. O ticarət mərkəzinə gələn polisə təhvil verilib və dindirilib.

Mehmet Özata reaksiya göstərən qadınların müdaxiləsi cib telefonu ilə lentə alınıb.

Digər tərəfdən qadınlardan biri onun xəbərlərdə görünən Mehmet Özat olduğunu söyləyib.

“Ailəmdən 9 nəfərin ölümünə səbəb olan şəxsi tutduq. Binaları tikəndə, pulu yeyərkən yaxşı idi”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Zəlzələ nəticəsində 50 783 nəfər həlak olub.

 

Oxşar xəbərlər

Dünyanın “ən sevimli” oğlanı, xəyanət, müəmmalı ölüm – Kralın QƏRİBƏ HƏYATI

admin

Zelenski: Rusiya Ukraynaya 50 raket və 500 dronla hücum edib

redaktor

Ərdoğan: “Putin və Zelenski arasında yeganə vasitəçi Türkiyədir”

redaktor