20 C
Bakı
24 İyun 2025 04:27
Şou

Xalqa qələbə xəbərini mən çatdırdım – Faiq Ağayev

Xalqa qələbə xəbərini mən çatdırdım - Faiq Ağayev

Xalq artisti Faiq Ağayev açıqlaması ilə gündəmə gəlib.

Tacxeber.com  xəbər verir ki, “Zəfər günü”nə həsr olunmuş “Elgiz izlə” ictimai-sosial proqramda qonaq olan sənətçi bildirib ki, İkinci Vətən müharibəsi zamanı bir sıra rayonlarımızın işğaldan azad olunması xəbərini tamaşaçılara canlı yayımda oxuyaraq, özü çatdırıb.

“Heç bir müğənni həmkarım o faktı həyatında yaşamadı. Belə ki, İkinci Qarabağ müharibəsi bitməmiş qonşu kanalların birində efirdə idim. Verilişin canlı yayımına təcili xəbərlər gətirildi. O xəbərdə isə hansı rayon və kəndlər azad olunması yazılmışdı.

Xahiş elədim, o rəsmi məlumatı özüm oxudum. Xalqa o məlumatı televiziyada ilk mən çatdırdım. Bu isə mənim üçün həyatımda heç zaman yaddaşımdan silinməyəcək bir hadisə oldu”, – deyə Faiq vurğulayıb. (Bizim.Media )

Tacxeber.com

Oxşar xəbərlər

“Firuzənin torbayla qızılları onda-bunda qaldı”

redaktor

“Çox adam mənə deyir ki, səndən yaxşı deputat olar”

redaktor

Afət Vəfaya söz atdı: “Başqasının ərinə “kocişim” deyirdi”

redaktor