23.2 C
Bakı
15 İyun 2026 13:11
Dünya

“Sepah” generalı İsraili hədələdi: “Raketlərimiz Hayfanı hədəfə alacaq”

“Sepah” generalı İsraili hədələdi: “Raketlərimiz Hayfanı hədəfə alacaq”

“Lazım gələrsə, ballistik raketləri birbaşa Hayfaya doğru atacağıq”.

Tacxeber.com Didban-e Iran-a istinadla xəbər verir ki, bunu “Sepah” genralı Əli Fədəvi deyib.

O, HƏMAS-İsrail müharibəsindən danışarkən qeyd edib ki, “Əl-Əqsa tufan”ı əməliyyatından sonra israillilər şokdadır:

“10 gündür qurudan hücuma hazırlaşacağıq deyirlər. Bu gün kiçik bir əməliyyat keçirdilər və nəticəsini görüb qaçdılar. İsrail daxildə də böyük bir problemlə üzləşib”.

General Fədəvi vurğulayıb: “Bəziləri elə bilir ki, İran fələstinlilərə silah verir, amma belə deyil, silahı özləri istehsal edirlər. Yəmənliləri gördünüz, yüksək zəkaları ilə amerikalıları dəhşətə gətirən 2000 kilometrlik raket düzəldirlər”.

“Sepah” genralı əlavə edib: “Dəmir Qübbə”nin uğur göstəricisi cəmi 30%-dir. Lazım gələrsə, ballistik raketlərimizi birbaş Hayfaya atacağıq”.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın Ukraynaya qarşı irəli sürdüyü tələblərə diqqət: 20% torpağını mənə verməlisən.

admin

“Qafqaz əsiri”nin “Nina”sı xəstəxanaya yerləşdirildi

redaktor

Kremlin ABŞ-da dünyaya verdiyi SSRİ mesajı: Trampın “qulaqburması” labüddür

redaktor