19 C
Bakı
26 Sentyabr 2025 20:04
Dünya

Nəzakət Məmmədova Rusiyaya necə casusluq edib?

 

Politoloq Nəzakər Məmmədova “dövlətə xəyanət” ittihamı ilə saxlanılıb və məhkəmənin qərarı ilə barəsində istintaq müddətində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Tacxeber.com axar.az-a istinadla xəbər verir ki, Nəzakət Məmmədovanın Rusiyaya casusluğa görə saxlanılması barədə məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksəriyyət onun Rusiya-Ukrayna savaşında Kremli dəstəklədiyi, hətta Azərbaycana qarşı da Moskvanın maraqlarını təbliğ etdiyi, bütün sosial şəbəkə paylaşımlarının rusyönlü olduğu üçün saxlanıldığını iddia edib.

Dosent Zaur Əliyev isə daha detallı informasiya ilə çıxış edib. O bildirib ki, Rusiya və ya hər hansı ölkənin maraqlarına xidmət edən statuslar yazmaq və paylaşımlar etməklə adamı həbs etmirlər:

“Ancaq dünyanın terrorçu təşkilat kimi tanıdığı “Vaqner”i təbliğ edən Teleqram kanalını yaratmaq, informasiya ötürmək, müharibənin ən qızğın vaxtında Ukraynaya, döyüşlərin getdiyi təhlükəli bölgəyə səfər etmək şübhəlidir: ora hansı yolla, hansı maliyyə ilə gedilib? Türkiyəyə getmək, görüşlər keçirmək, bank hesabına gələn şübhəli məbləğlərdir əsas səbəb”.

Tacxeber.com

Oxşar xəbərlər

Zəngilanda Arximed turbini tipli Su Elektrik Stansiyası işə salınıb

redaktor

İsrail HƏMAS-ın İran hökumətindən aldığı vəsaiti müsadirə etdi – Foto

admin

Dünyanın ən səs-küylü toyqabağı ziyafəti davam edir – VİDEO

redaktor