18 C
Bakı
11 Oktyabr 2026 02:22
DünyaHadisə

REGİONQarabağdan gələn ermənilər Araikin yaxın dostunu döydülər – İrəvanda nə baş verir ?

Xəbər verdiyimiz kimi, dünən – oktyabrın 20-də İrəvanda Qarabağdan köçən ermənilərin etiraz aksiyası keçirilib.

 Ermənistan mətbuatını xəbər verir ki, etirazçılar separatçıların sonuncu “başçısı” Samvel Şahramanyanı ittiham ediblər, onu “artsax”ı təhvil verməkdə ittiham ediblər.

Etirazçılar Araik Artyunyanın yaxın dostu Karen Şahramanyanı da döyüblər, onu sürüyərək təpikləyiblər.

“Hraparak” iddia edir ki, bu etirazı Nikol Paşinyan təşkil edib. Paşinyan bununla da “Qarabağı təhvil verdi” ittihamından qurtulmaq istəyir. O, bütün günahları separatçıların başçılarının üzərinə yıxmaq niyyətindədir.

Üstəlik, Paşinyan yaxşı bilir ki, separatçıların başçılarının İrəvanda qalması ona təhlükə yarada bilər. Onlar “Qarabağ klanı”nın üzvləri ilə birləşərək Paşinyana problem yarada bilərlər. Böyük ehtimalla, Paşinyan Şahramanyan və digərlərinin Ermənistanı tərk etməsində maraqlıdır. Ondan sonra Qarabağdan köçüb gələn erməniləri idarə etmək asan olacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Qafqazın yazılmayan qanunu: Sülhə aparan Qadın

redaktor

Rusiya dizelinə qarşı ABŞ sanksiyalarının müvəqqəti götürülməsi haqda

redaktor

İki ildən sonra ilk səfər: Kadırovun Bakıya gəlişinin siyasi mesajları

redaktor