22.7 C
Bakı
09 İyun 2026 11:45
HadisəSiyasət

Bakıdakı İsrail səfirliyi fəaliyyətini dayandırdı?

Bakıdakı İsrail səfirliyi fəaliyyətini dayandırdı?Bakıdakı İsrail səfirliyi fəaliyyətini dayandırdı?

Son baş verən hadisələrin fonunda İsrail 5 ölkədə səfirliyini bağladığına dair xəbərlər yayılıb.

Qəzza zolağında hərbi əməliyyatlar kəskinləşəndən indiyə qədər İsrailin 5 ölkədəki – Misir, İordaniya, Mərakeş, Bəhreyn və Türkmənistandakı səfirliklərinin binaları boşaldılıb, onların əməkdaşları ölkəyə qaytarılıb.

 İsrailin Azərbaycandakı səfirliyi Bakıdakı diplomatik və konsulluq funksiyalarını davam etdirdiyini bildirib:

“Azərbaycan hakimiyyəti diplomatik nümayəndəliklərin təhlükəsizliyinə cavabdehdir və bizim hərtərəfli əməkdaşlığımız var”.

Onu da qeyd edək ki, Avropa və Cənubi Amerika da daxil olmaqla, bütün dünya üzrə İsrailin 20 ölkədəki səfirlikləri müvəqqəti olaraq tam və ya qismən bağlanıb. Bu ölkələrdə diplomatlara evdə qalmaq, işlərini evdən davam etdirmək tapşırılıb və ya həmin ölkənin daha təhlükəsiz hesab edilən digər şəhərlərinə köçürülüb.  (APA)

Tacxeber.com

Oxşar xəbərlər

Putin və Zelenski Budapeştdə görüşə bilər

redaktor

Rasim Balayev vəfat etdi

redaktor

“Ermənilər türklərə xəyanət edib” – ABŞ prezidentinin keçmiş müşaviri

redaktor