Dünya

Qəzzada xəstəxanaya hücumu İsrail etməyib – Bayden

 

İsrailə səfər edən ABŞ Prezidenti Co Bayden açıqlamaları ilə diqqət çəkib.

Tacxeber.com“Anadolu” agentliyinə istinadla xəbər verir ki, Bayden Qəzzada xəstəxanada baş verənləri “partlayış” adlandıraraq buna görə dərin kədər hissi keçirdiyini bildirib:

“Görünən odur ki, xəstəxanaya edilən hücumu digər tərəf təşkil edib, siz (İsrail-red.) deyil. Ancaq çox sayda insan əmin deyil”.

ABŞ prezidenti bu məsələnin öhdəsindən gəlmək üçün edilməli olan çox şey olduğunu vurğulayıb. O həmçinin bu vəziyyətə düşən fələstinlilərin həyatlarının qorunması üçün görülməli olan işlərin vacibliyinə diqqət çəkib.

Qeyd edək ki, Qəzza zolağında yerləşən “Əl Əhli” xəstəxanası edilən hücum nəticəsində 500 nəfərdən çox insan həlak olub.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda seysmik ocaqlar oyanıb: Zəlzələ təhlükəsi böyüyür

redaktor

Borreldən ŞOK İTTİHAM – HƏMAS-ı İsrail yaradıb, özü də maliyyələşdirir

admin

Türkiyəli qazilər Bakıya gəldi – Foto

redaktor