Gündəm

Ey Amerika, sənin orada nə işin var? – ƏRDOĞAN

Ey Amerika, sənin orada nə işin var? - ƏRDOĞAN

 

ABŞ aviadaşıyıcı gəmi göndərir, ikincisi də yola çıxdı. Amerika harada, Aralıq dənizi, Fələstin, İsrail haradadır? Nə işin var sənin orada?

Tacxeber.com axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-Fələstin münaqişəsi fonunda ABŞ-ın Şərqi Aralığa aviadaşıyıcı gəmi göndərməsinə münasibət bildirərkən deyib.

“ABŞ kimi ölkəyə sülhü bərqərar etməkmi yaraşar, yoxsa oraya benzinlə, körüklə getməkmi?! Türkiyəyə məxsus PUA-nı Suriyada vuran ABŞ var. NATO-da bərabər deyilik? Türkiyənin PUA-nı necə vura bilərsən? “Görmədim, fərqinə varmadım” kimi sözləri necə deyə bilərsən?”, – deyə Ərdoğan bildirib.


Oxşar xəbərlər

İlbər Ortaylı Bakıdan Ermənistana mesaj verdi – VİDEO

redaktor

“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev

admin

Dostu tərəfindən güllələndi, xanımının gözü qarşısında… – Dövlət başçılarına qarşı ən səs-küylü sui-qəsdlər

redaktor