25.3 C
Bakı
13 İyun 2026 12:18
Siyasət

Neyləyəcəklər, Livanı bombalayacaqlar? – Putin

Rusiya prezidenti Vladimir Putin İrana qarşı Fələstin-İsrail münaqişəsinin gərginləşdirilməsində əli olması ilə bağlı ittihamları əsassız adlandırıb.

Interfax xəbər verir ki, o, Aralıq dənizinin şərqinə ABŞ təyyarədaşıyan qrupunun göndərilməsində məna görmür.

“Mən başa düşə bilmirəm ki, Birləşmiş Ştatlar niyə bir təyyarədaşıyan qrupunu oraya sürükləyir və ikincisini elan edir. Mən, həqiqətən, bunda mənaı görmürəm. Livanı bombalayacaqlar? – deyə Putin Rusiya Enerji Həftəsi forumunun plenar iclası zamanı deyib. – Yoxsa sadəcə kimisə qorxutmaq qərarına gəliblər? Amma orada insanlar var ki, artıq heç nədən qorxmurlar. Problemi bu yolla həll etmək yox, kompromis həll yolları axtarmaq lazımdır”.

Rusiya prezidenti deyib: “İndi eşidirik ki, İran həmişə olduğu kimi, sübut olmadan bütün günahlarda ittiham olunur. Heç bir sübut yoxdur. Görəcəyik, ümid edirəm sağlam düşüncə qalib gələcək”. (Yenisabah)

Tacxeber.com

 

Oxşar xəbərlər

Zelenski: Ukrayna müttəfiqlərdən hər ay ABŞ silahları üçün 1 milyard dollar dəstək alacaq

redaktor

Mixail Qonçar: “Azərbaycan Rusiya qarşısında zərbəyə tab gətirəcək”

redaktor

Ukraynada döyüşən gürcülərin DTX-ya çağırıldığı bildirilir

admin