Gündəm

Netanyahu 4 nəfər üçün “məvh edilsin” əmri verdi – FOTOLAR

 

HƏMAS-ın İsrailə qarşı başlatdığı “Əl-Əqsa tufanı” əməliyyatından sonra intiqam andı içən İsrail ölüm siyahısını açıqlayıb.

Tacxeber.com xəbər verir ki, dörd nəfərdən ibarət siyahıda HƏMAS-ın lideri, sözçüsü və son əməliyyatı planlaşdıran şəxslər var.

1. Onlardan biri Qətərdə yaşayan HƏMAS lideri İsmayıl Haniyədir.

O, HƏMAS-ın əməliyyatının adının “Əqsa tufanı” olduğunu açıqlayıb.

“Torpaqlarımızı azad etmək və əsirlərimizi xilas etmək üçün mübarizəmiz davam edəcək”, – deyə o bildirib.

413767

2. Digər hədəf isə HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvardır.

İsrail ordusundan kontr-admiralı Daniel Haqari “Bu hücumun komandiri Yəhya Sinvardır və o artıq ölüdür” deyib.

413766

3. Siyahıdakı üçüncü ad əməliyyatı əsas memarı kimi tanınan Məhəmməd Deyfdir. Hücum strategiyasını HƏMAS-ın hərbi qanadının rəhbəri olan Deyfin hazırladığı deyilir.

413765

4. İsrailin öldürmək üçün hərəkətə keçəcəyi digər adın isə İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde olduğu iddia edilib.

Ubeydənin İsrailin sui-qəsd siyahısında yüksək yer tutduğu bildirilib.

413764

Tacxeber.com

Oxşar xəbərlər

Ölkələrə qarşı olan müxtəlif təzyiqlər təsadüfi hesab oluna bilməz..

redaktor

Rusiyanın Voronej vilayətinə PUA hücumu nəticəsində döyüş sursatları anbarında yanğın baş verib

admin

“RUSİYA BÜTÜN SƏRHƏDLƏRİ AŞIR” – “Deyəsən, kremldəkilər Priqojin qiyamı zamanı ailələrinin hara uçduqlarını unudublar…”

redaktor