HƏMAS-ın İsrailə qarşı başlatdığı “Əl-Əqsa tufanı” əməliyyatından sonra intiqam andı içən İsrail ölüm siyahısını açıqlayıb.
Tacxeber.com xəbər verir ki, dörd nəfərdən ibarət siyahıda HƏMAS-ın lideri, sözçüsü və son əməliyyatı planlaşdıran şəxslər var.
1. Onlardan biri Qətərdə yaşayan HƏMAS lideri İsmayıl Haniyədir.
O, HƏMAS-ın əməliyyatının adının “Əqsa tufanı” olduğunu açıqlayıb.
“Torpaqlarımızı azad etmək və əsirlərimizi xilas etmək üçün mübarizəmiz davam edəcək”, – deyə o bildirib.
2. Digər hədəf isə HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvardır.
İsrail ordusundan kontr-admiralı Daniel Haqari “Bu hücumun komandiri Yəhya Sinvardır və o artıq ölüdür” deyib.
3. Siyahıdakı üçüncü ad əməliyyatı əsas memarı kimi tanınan Məhəmməd Deyfdir. Hücum strategiyasını HƏMAS-ın hərbi qanadının rəhbəri olan Deyfin hazırladığı deyilir.
4. İsrailin öldürmək üçün hərəkətə keçəcəyi digər adın isə İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde olduğu iddia edilib.
Ubeydənin İsrailin sui-qəsd siyahısında yüksək yer tutduğu bildirilib.