Dünya

Kadırov: Biz Fələstini dəstəkləyirik

Kadırov: Biz Fələstini dəstəkləyirik

Çeçenistan rəhbəri Ramzan Kadırov dünya ictimaiyyətinə müraciət edərək, “ən azı bir dəfə Fələstindəki vəziyyətlə bağlı ədalətli qərar qəbul etməyi” tələb edib.

Tacxeber.com xəbər verir ki, bu barədə o, “Telegram” hesabında yazıb.

“Müsəlman ölkələrinin liderlərinə müraciət edirəm, koalisiya yaradaraq dost dediyiniz şəxsləri, Avropanı və bütün Qərbi dinc sakinləri bombalamamağa çağırıram.

Biz Fələstini dəstəkləyirik. Digər münaqişələrdən fərqli olaraq, daha böyük bir şeyə çevrilə bilən bu müharibənin əleyhinəyik. Mən özüm də İsraildə olmuşam. Bizim dinc nümayəndə heyətinə qarşı açıq təxribat cəhdləri də olub. Ona görə də həm müharibəyə, həm də vəziyyətin hər hansı formada gərginləşməsinə son qoymağa çağırıram. Lazım gələrsə, bölmələrimiz asayişi bərpa etmək və istənilən iğtişaşlara qarşı mübarizə aparmaq üçün sülhməramlı qüvvələr kimi çıxış etməyə hazırdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Kor olandan sonra “görməyə” başlayan Vanqa SSRİ rəhbərinə nə demişdi? – VİDEO

redaktor

Tehranda TƏBİİ FƏLAKƏT – Pezeşkian paytaxtın köçürülməsindən DANIŞDI

redaktor

Kürdlərin (Suriyada) məğlubiyyəti

redaktor