Dünya

Əfqanıstanda ölənlərin sayı artır – VİDEO

 

Əfqanıstanda baş verən zəlzələdə həyatını itirənlərin sayı 2400-ə yüksəlib.

Tacxeber.com Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Fəlakətlərin İdarə Edilməsi Nazirliyi məlumat verib.

Təxminən 1200 nəfərin hələ də dağıntılar altında qaldığı təxmin edilir.

Həmçinin daha öncə yaralıların 9 240 nəfər olduğu xatırlatılaraq daha 2 min nəfərin də yaralandığı bildirilib.

Xatırladaq ki, Əfqanıstanın Zindəcan bölgəsində 6,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkan 13 kənddə böyük dağıntılara səbəb olub, 1320 ev tamamilə dağılıb.

 

Oxşar xəbərlər

Tarixin dərsləri: keçmişini unudanlar gələcəyini xərcləməyə məhkumdur

redaktor

Dağıstanda 270-dən çox adam sudan zəhərlənib

redaktor

Ukrayna limanlarını sonuncu quru yük gəmisi tərk etdi.

admin