28 C
Bakı
11 Avqust 2025 21:54
Hadisə

“TikTok”da “işə düzəldirdi” polis saxladı – Video

“TikTok”da “işə düzəldirdi” polis saxladı - Video

“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “yüksək maaşla iş” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini, 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla T.Kərimovun sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi kimi təqdim etdiyi məlum olub. O, zərərçəkənlərə şirkətdə yüksək gəlirli işlə təmin edəcəyini vəd edərək, bu üsulla 181 şəxsin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. T.Kərimovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Tacxeber.com

Oxşar xəbərlər

Qadın uzun müddət sürən zökəmdən sonra burunsuz qalıb – FOTO/VİDEO

redaktor

CHP üzvü seçki məntəqəsində öldü

redaktor

Ruslar Odessa xəsətəxanasını vurdu: əməliyyat aparan həkim yaralandı

redaktor