28 C
Bakı
13 Avqust 2025 20:49
Dünya

Tibb dünyasını heyrətləndirən hadisə: əkizlərdən yalnız biri oğlu çıxdı – VİDEO

 

Türkiyənin ATV kanalında yayımlanan Esra Erolun proqramında tibb tarixində yüz milyonda bir hadisə baş verib.

Tacxeber.com xəbər verir ki, evlilikdən kənar münasibətindən əkiz uşaqları olan kişinin DNT testi nəticəsində körpələrdən yalnız birinin atası olduğu məlum olub.

Belə ki, Esra Erol proqramına müraciət edən Betül Yürülməz həyat yoldaşı Veysəl Yürülməzin ona xəyanət etdiyini deyərək kömək istəyib.

Veysəl Yürülmaz 3 il əvvəl işləmək üçün Batmandan İstanbula gəlib. Bir müddət sonra Özgə adlı qadından əkiz uşaqları olduğu öyrənilib. Veysəl əkizlərinin anası Özgə ilə münasibətini müdafiə edərək, 13 illik həyat yoldaşı Betüldən boşanmaq istədiyini açıqlayıb. Betül isə yalnız DNT testi olarsa boşanacağını bildirib.

Özgə ilk öncə əkiz körpələrini bu işə qarışdırmaq istəmədiyini bildirib. Lakin Veysəlin Betüldən boşanması üçün əkiz körpələrin DNT testinə razılıq verib. Veysəl ilə əkiz körpələr arasında aparılan DNT testi nəticəsində əkizlərdən yalnız birinin atası olduğu məlum olub.

 

Oxşar xəbərlər

İran “qırmızı xətt”i keçən İrəvana hansı iradı bildirib? – Mirzoyan molla rejimini biabır etdi

admin

Qəzzada xəstəxananı kim vurub?  – MÖVQE

redaktor

“Putin Nikolayev, Odessa və İzmail şəhərlərini ələ keçirməyi planlaşdırır” – Xersonun işğalçı rəhbəri

admin