10 C
Bakı
27 Mart 2026 05:52
Hadisə

Məktəb yaxınlığında narkotik satan şəxs tutuldu

Məktəb yaxınlığında narkotik satan şəxs tutuldu 

Bakının Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığında narkotik maddələrin satışı iddiaları ilə bağlı daxil olan məlumatlar nəzarətə götürülərək araşdırılıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Yenisabah.az-abildirib ki, Nəsimi RPİ əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs, paytaxt sakini 1987-ci il təvəllüdlü Zaur Hacıyev müəyyən olunaraq saxlanılıb.

Onun üzərindən külli miqdarda 102 qram narkotik vasitə heroin aşkar edilib.

Araşdırma zamanı Z.Hacıyevin narkotik maddələrin satışını təşkil etməklə bərabər aludəçisi olduğu, həmçinin onunla birlikdə görüntülənən şəxslərin məktəb şagirdləri yox, narkotik vasitə istifadəçiləri olduqları müəyyən edilib.

Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Sumqayıtda məktəbi bit-birə BASDI – Şagirdlər dərmanlama zamanı ZƏHƏRLƏNDİ – FOTO/VİDEO

redaktor

Ramiz Mehdiyev oyunu, Əli Kərimlni zərərsizləşdirmək üçün bir oyundur

admin

Jurnalistdən intihar edən həyat yoldaşı ilə bağlı paylaşım: “Kaş bilərdim…” – VİDEO

redaktor