29 C
Bakı
13 Avqust 2025 12:53
Dünya

Xanlar Vəliyev Nəciməddin Sadıkovdan danışdı: “Mən bir dəfə də demişəm…”

Xanlar Vəliyev Nəciməddin Sadıkovdan danışdı: “Mən bir dəfə də demişəm...”

“Tərtər İşi” ilə bağlı məhkəmə proseslərində həm zərərçəkənlərin, həm də mühakimə olunan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri sabiq baş qərargah rəisi Nəciməddin Sadıkovu ittiham edir.

Ancaq məhkəmədə sabiq baş qərargah rəisi haqqında sensasion iddialar səslənməsinə baxmayaraq, o məsuliyyətdən kənarda qala bilib.

Gununsesi.info–nun əməkdaşı ölkənin Hərbi Prokuroru Xanlar Vəliyevdən bu barədə soruşub.

Sayta açıqlamasında Xanlar Vəliyev deyib:

“Məhkəmədə nə danışılırsa, buna məhkəmə qiymət verməlidir. Konkret olaraq, “Tərtər İşi”nə gəlincə, mən bir dəfə də demişəm ki, bu işlərin istintaqı artıq Baş Prokurorluqdadır. Ona görə də bu haqda bir söz deməyim doğru deyil”.

Tacxeber.com

Oxşar xəbərlər

Terrorçular İsrailin Magen şəhərinə daxil olublar

redaktor

Ərəblərin etirazına görə “Babək” serialı çəkilməyəcək

redaktor

İran bu gecə dəniz təlimlərinə başlayır

admin