Dünya

Simonyanın evinin qarşısına PUA düşdü

“Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan Soçidə evinin yaxınlığına zərbə PUA-sı düşdüyünü bildirib.

Simonyan bu barədə Teleqram kanalında yazıb.

“Bu gün gecə zərbə PUA-sı Adlerdə (Soçidə mikrorayon – red.) özümün və anamın boya-başa çatdığı və hələ də körpə uşaqlarla birgə doğmalarımın yaşadığı evimizin düz qarşısına düşdü”, – deyə Simonyan bildirib.

Onun sözlərinə görə, bu kimi hadisələr nüvə ultimatumunu daha da aktual edir.

Qeyd edək ki, bundan öncə də Simonyan evinin qarşısına PUA düşdüyünü bildirmişdi. ( axar )

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Silahlı Qüvvələri Rusiyada iki böyük müəssisəyə zərbə endirib

redaktor

Marqus Tsaxkna: “Estoniyanın Azərbaycandan öyrənəcəyi çox şey var”

redaktor

Kim Çen In həyat yoldaşı ilə Bakı doğumlu Larisa Dolinanın konsertində olub

admin