19 C
Bakı
10 Oktyabr 2026 20:24
GündəmVideo

Tədbirdə Rövnəq Abdullayev fitə basılıb – VİDEO

Rövnəq Abdullayevin başına gələn arzulamadığı hadisə - VİDEO

Peşəkar Futbol Liqasının Premyer Liqa təmsilçilərinin mükafatlandırılması üçün təşkil etdiyi mərasimə dəvət alanlar arasında Rövnəq Abdullayev də var idi.

AFFA prezidenti mayın 28-də “Azərsun Arena”da hazırlanan tədbirə gülə-gülə gəlmişdi. Ancaq stadionu eyni əhvalda tərk etdiyinə, açığı, inanmaq çətindir.

Tədbirin diktoru Sənan Şəfizadə mükafatları təqdim etmək üçün xüsusi qonaqları – AFFA-nın rəhbəri ilə qurumun baş katibi Sərxan Hacıyevi səhnəyə dəvət edəndə, tribunalardan bir uğultu və fit səsləri qopdu ki, gəl görəsən.

AFFA rəhbərliyinin fəaliyyəti ölkə futbolsevərlərini razı salmadığından, bu, assosiasiyanın rəhbərliyinə etiraz etmək üçün əla imkan idi.

Azarkeşlər fürsətdən artıqlaması ilə istifadə etməyi bacardı. SOCAR-ın keçmiş rəhbəri karyerası ərzində özünə qarşı heç vaxt bu cür münasibət görməmişdi.

Sən demə “Azərsun Arena”dakı həmin görüntülər “Sportinfo”nun kamerasından yan  qaçmayıb.

 

https://youtu.be/_FT_RdcySRc?si=oOkoJEVdy1jpDLbv

Tacxeber.com

Oxşar xəbərlər

Pensiya kapitalın 5 faizi də belə gedir…

redaktor

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin

Bəs cəmiyyət niyə bu vəziyyətdədir?

redaktor