31 C
Bakı
13 Avqust 2025 18:01
Hadisə

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub

 

Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Tacxeber.com

Oxşar xəbərlər

Ağadadaş Ağayev özünü qanundan üstün hesab edib və… – Xəstəxananın mövqeyi

redaktor

Ölkədə mobil rabitənin keyfiyyətini ölçüb, amma nəticələr gizli saxlanılır. Niyə?

admin

ABŞ-də Baydenin həyat yoldaşı ilə bağlı dedi-qodular yayıldı: Trampa gözü düşüb?

admin