İdman

“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib.

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə “Hakken”lə üz-üzə gələcək “Qarabağ” azarkeşlərə müraciət edib.

Klubdan verilən məlumata görə, komandanı tribunadan dəstəkləmək istəyən fanatlar biletləri oyun günü yerli vaxtla saat 19:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi “Ullevi” stadionunda 8-ci qapının qarşısından ala bilərlər.

Tərəfdarlardan şəxsiyyəti təsdiq edən sənədi özləri ilə götürmələri tələb olunub. Biletlərin qiyməti 22 avrodur.

Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq “Hakken” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Aqil Abbas: “Messini Bakıya gətirmək üçün nə qədər xərcləri çıxıb, bilmirəm, amma belə olmalıdır də…”

redaktor

“Mbappenin qarşısına qırmızı xalça sərməyəcəyəm”

admin

Azərbaycan çempionatında qalmaqal – Hakimlər və Sxadadze hədələnib

admin