Kriminal

Xocalı qatili və keçmiş “müdafiə naziri” saxlanıldı

Qarabağ separatçılarının keçmiş “müdafiə naziri”, “general-leytenant” Levon Mnatsakanyan Qarabağdan Ermənistana gedərkən “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Mnatsakanyanla birlikdə qondarma rejimin “milli qəhrəmanı”, “general-leytenant” Arşavir Qaramyan da saxlanılıb.

Qeyd edək ki, Arşavir Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçılarından biridir. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Naxçıvan əməliyyatının şok detalları…

admin

“Bandotdel” “Qəbələ Təndir”in sahibini saxladı – Hakim bəraət verdi

admin

76 min manatı dələduzluqla ələ keçirən şəxs saxlanıldı

admin