16 C
Bakı
27 Sentyabr 2025 22:03
Dünya

Laçın yolunda asfalt örtüyü niyə dağıldı?

Laçın yolunda asfalt örtüyü niyə dağıldı?

Bu gün sosial şəbəkələrdə Laçın yolunun müəyyən bir hissəsində asfalt örtüyünün qəzalı vəziyyətə düşməsi ilə  bağlı fotolar paylaşılıb. Fotolardan görünür ki, asfalt örtüyü çatlayaraq, dağılıb. Yolun bu qədər qısa müddətə dağılması qınaq obyektinə çevrilib.  Xatıladaq ki, Laçın yolu 2022-ci ildə çəkilib.

“Yeni Sabah” bildirir ki, Sitat.info məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb.

A. Nəcəfli açıqlamasında əraziyə AAYDA-nın nəzarət etmədiyi bildirib: “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı fəaliyyət göstərir. Ora müraciət edin zəhmət olmasa”.

Tacxeber.com

Oxşar xəbərlər

Yüksək vəzifəli hərbçinin əlində qumbara partladı

redaktor

Dünyanı QİÇS-ə bənzəyən yeni virus gözləyir

redaktor

Dünyanı məhv edəcək 8 şərt – hamısı hazırdır

admin