Dünya

Piknik edən ailə qorxulu anlar yaşadı: ayı yeməklərini yedi – ANBAAN VİDEO

 

Meksikada ekoloji parkda piknik edən ailənin süfrəsinə ayı gəlib.

Tacxeber.com İHA-ya istinadla xəbər verir ki, ayı yeməyi yeyərkən masadakı qadın və uşaq donub qalıb.

Onların hərəkətsizcə ayının getməsini gözlədiyi anlar anbaan lentə alınıb.

Yeməyi yedikdən sonra ayı heç kimə zərər vermədən hadisə yerindən uzaqlaşıb.

Səlahiyyətlilər piknik edənlərin hadisə zamanı yerində dayanaraq düzgün hərəkət etdiklərini, ayıların insanları təhlükə olaraq görmədiklərini bildiriblər.

Qeyd edək ki, Meksikanın şimalındakı Nuevo Leon əyalətində ayıların yaşayış məntəqələrinə enməsi və ərazidə yaşayan insanlara yaxınlaşması kimi hadisələr tez-tez baş verir.

Oxşar xəbərlər

XƏBƏRDARLIQ: 7 bal gücündə maqnit qasırğası yaxınlaşır

redaktor

Lavrov: “Dünya soyuq müharibə dövründəkindən daha təhlükəli həddə yaxınlaşıb

redaktor

Eks-prezidentin ev dustaqlığı ləğv olundu

redaktor