20 C
Bakı
23 İyun 2025 05:46
Sağlamlıq

Ayaqda qıcolmalar nəyin əlamətidir?

Nebraska Universitetinin alimləri ayaqlarda qıcolmaların ortayaşlı insanlarda sağlamlığın pisləşməsinin əlaməti olduğunu bildiriblər.

Alimlər orta yaşı 46,5 olan 294 xəstədə ayaq qıcolmalarının yayılması və xüsusiyyətlərini qiymətləndiriblər. İstirahət və ya məşq zamanı ayağında qıcolma baş verən insanlar ümumi iştirakçıların 51,7%-ni təşkil edib və orta yaşları 49,1 olub. Qeyd edək ki, hesabat verənlərin 72%-ni qadınlar təşkil edib.

Xəstələr arasında qıcolmanın şiddəti 1-dən 10-a qədər olan şkala ilə orta hesabla 5,6 qeydə alınıb və yuxu pozğunluqları xəstələrin 55%-də  müşahidə olunub. Onlardan əksəriyyəti orta hesabla dörd il ərzində qıcolmalardan əziyyət çəksələr də, bununla bağlı həkimə müraciət etməyiblər.

Qıcolmanı araşdıranlar ayaq qıcolmalarının sağlamlığın zəifləməsi, fiziki hazırlığın azalması və yaxud sürətlənmiş qocalmanın əlaməti olduğunu bildiriblər.

Tacxeber.com

Oxşar xəbərlər

Kimlərə çiyələk yemək olmaz? – Araşdırma

redaktor

Bu cür qidalanmaq kolon xərçəngi riskini artırır

redaktor

Əhvalınız qəfil pisləşəndə BUNLARI EDİN

redaktor