25 C
Bakı
23 İyun 2025 15:49
Sağlamlıq

Miqren süd vəzi xərçəngi riski ilə bağlı ola bilər – Onkoloq

 

Çin alimləri miqrenlə süd vəzi xərçənginin qenetik əlaqəsini müəyyən ediblər.

“Medicina” xəbər verir ki, yeni elmi araşdırmada 102 min miqrenli, 771 min miqrensiz qadının DNK təhlili aparılıb.

Miqren nevroloji xəstəlikdir, başda birtərəfli pulsasiya edici ağrı olur.
Müalicəsi yoxdur.

Daha çox qadınlarda rast gəlinir. Miqren həm demensiya, həm də ürək-damar xəstəlikləri riskini göstərir.

Analizlər göstərib ki, genetik olaraq miqrenə meyilli qadınlarda süd vəzi xərçəngi genləri də aktivdir.

Xüsusən auralı miqren süd vəzi xərçənginin ER+ reseptorlarına müsbət bağlıdır, aurasiz miqrendə isə mənfi.

Bu kəşf miqrenli qadınlarda daha erkən süd vəzi şişləri aşkarlamağa imkan verə bilər.

Alimlər bu dəfə daha ciddi mutasiya seçimi ediblər, miqrenlə çox güclü bağlı olan mutasiyalar xüsusi təhlil edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur pendir brendinin məhsulları marketlərdən yığışdırıldı: Sonsuzluğa səbəb olur

redaktor

Beyni gücləndirmək üçün qəhvəyə qatılacaq tərkib

redaktor

Beyninizi cavan saxlamaq üçün bu vərdişlərdən uzaq olun – Araşdırma

admin