16 C
Bakı
28 Sentyabr 2025 02:19
Dünya

Rusiya ilə müharibə dayandırılır? – Ukraynadan sürpriz mesaj

Rusiya Federasiyası ilə uzunmüddətli müharibə Ukrayna üçün təhlükəlidir.

Bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib.

Onun sözlərinə görə, Ukrayna bir çox məsələlərdə Qərbin köməyinə arxalanır. Budanov hesab edir ki, uzun sürən hərbi əməliyyatlar həm daxili, həm də xarici resursları tükəndirir, Rusiyanın isə belə imkanları genişdir.

“Biz kənar oyunçulardan, Rusiya böyük ölçüdə özündən asılıdır. Beləliklə, uzun sürən müharibə Ukrayna üçün təhlükəlidir, çünki bu təkcə daxili resurslarını deyil, həm də Qərb tərəfdaşlarının resurslarını tükəndirir”, – baş kəşfiyyatçı bildirib.

Budanov vurğulayıb ki, Qərbin Ukraynaya yardımı dayandıra və ya kəsə biləcəyinə inanmaq üçün heç bir ilkin şərt yoxdur. O, müvafiq reallıqları bildiyini söyləyib: “Qərb ölkələrində anbarlar tam boş deyil. Bununla belə, tərəfdaşların nə qədər vaxta qədər Ukraynanı əlavə resurslarla təmin edə biləcəklərini söyləmək çətindir”. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Vasif Talıbov retro maşınlarını villasından təcili daşıyıb

redaktor

Pezeşkian Əliyevə “barışdınız” deyərkən, nəyi nəzərdə tuturdu?

redaktor

ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir – Antoniu Quterriş

redaktor