26 C
Bakı
21 İyun 2025 12:41
Mədəniyyət

Arif Babayev: “Cavanlara yer vermək lazımdır”

Arif Babayev: "Cavanlara yer vermək lazımdır"

 

Xalq artisti, professor Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən çıxıb və yerinə Xalq artisti Mənsum İbrahimov təyin olunub.

Tacxeber.com xəbər verir ki, bu barədə APA-ya Xalq artisti Arif Babayev özü məlumat verib.

Onun sözlərinə görə, səhhəti və yaşı ilə əlaqədar olaraq, özü vəzifəsindən çıxmaq istəyib.

“Vallah, daha yaşım o yaş deyil, səhhətim o səhhət deyil. Şükür Allahın verdiyi bu günə və bu ömrə. Amma, məncə, cavanlara yer vermək lazımdır. Mənsum cavan kadrdır, istedadlıdır, qoy getsin işləsin. Mən 50 ilə yaxın bu sahədə, bu sənət sahəsində xidmət etmişəm, daha bəsdir. İndi növbə cavanlardadır”, – deyə Arif Babayev bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?” – Xalq artistindən qınaq-FOTOLAR

redaktor

“Fəxri adlar ləğv olunmalıdır, incəsənətə zərər vurur” – Bəstəkar

redaktor

Anası lənətlədi, faciə dolu həyat yaşadı: Saçlarından gor yastığı düzəldən Xalq artisti

redaktor