19 C
Bakı
26 Sentyabr 2025 22:23
Şou

“Pis yola düşən, evdən qaçan, uşağını atan qadınların yanındayam”

“Pis yola düşən, evdən qaçan, uşağını atan qadınların yanındayam”

“Məni kişi düşməni kimi qəbul etməyin. Kişi-qadın ayrıseçkiliyi etmirəm. Amma qadınların yanındayam: bütün səhvlərin, günühların, pis yola düşən, evdən qaçan, uşağını atan qadınların”.

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı öz verilişində deyib. Qadınlardan danışan aparıcı onlara səslənib. Hidayətqızı bildirib ki, xanımlar ayrıldıqları həyat yoldaşından mütləq aliment tələb etməlidirlər:

“Əgər kişi yanında yaxşı olarsa, qadın bunları etməz. Qadın hüzurlu, xoşbəxt yaşamaq istəyir. Bunlar varsa, qadın onları edərmi? Bunu qadınlara edən də kişilərdir. Bəzi kişilərin ən çox qorxduğu puldur. Ayrıldı, əla, yolun açıq olsun. Amma uşağına pulunu ödəyəcəksən. Zəhmət çəkib gecə-gündüz küçə süpürüb, daş daşıyıb övladına baxacaqsan. Qadınlar, “aliment almıram” deyib, qürur etməyin. 1 amant da olsa, kişidən alın. Sabah eyni əzabı başqa qadına yaşatmasınlar”.

Tacxeber.com

Oxşar xəbərlər

Bu mahnı ilə 272 000 AZN qazandı – VİDEO

redaktor

Həmkarı Alla Puqaçovanın Rusiyanı tərk etmə səbəbini açıqladı

admin

Meyxanaçı bu görüntülərə görə qınandı: “Qonaqların boynuna çıxıb…” – VİDEO

redaktor