10 C
Bakı
27 Mart 2026 04:38
Hadisə

Ailəsindən gizli döyüşən qazi: “Məni saatlarla sürüyüb çıxardılar” — VİDEO

Baku TV-də yayımlana “44 gün” verilişinin yeni buraxılışı efirə gedib.

Budəfəki buraxılışda Vətən müharibəsi qazisi Elvin Orucov öz döyüş yolundan bəhs edib.

Yaralanmasından danışan qazi qeyd edib ki, ayağından güllə yarası alıb:

“Yoldaşlarım mənə döyüş meydanında ilkin tibbi yardım göstərdilər. Oradan məni saatlarla sürüyərək çıxardılar”.

Onun sözlərinə görə, müharibədə iştirak etməsindən ailəsinin xəbəri olmayıb:

“Valideynlərim heç vaxt Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyimi bilməyiblər. Yaralananda Müdafiə Naziliyindən ailəmə sağ olduğum barədə məlumat verməli olduğum deyildi. Əməliyyata girəndə zəng etdim ki, hospitaldayam, təlimdə yıxılmışam”.

Tacxeber.com

Oxşar xəbərlər

Dünyanın ən böyük külək elektrik stansiyası işə salındı

admin

“Haber Global” axtarış-xilasetmə əməliyyatını yerinə yetirən azərbaycanlıların olduğu ərazidə – VİDEO

redaktor

Rusiyada növbəti oliqarx-məmur özünü pəncərədən atdı-şübhəli ölümlə bağlı maraqlı detallar

redaktor