15 C
Bakı
30 Mart 2026 20:16
Siyasət

Hikmət Hacıyev: Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığına ərizə ilə müraciət etməlidirlər

 

Hüquqi baxımdan, Qarabağ bölgəsində doğulmuş ermənilər Azərbaycan vətəndaşlarıdır. Lakin Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı zamanı İrəvan anneksiya siyasəti aparıb və o, regionun, demək olar ki, bütün erməni sakinlərinə qeyri-qanuni pasportlar paylayıb.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World”ə deyib.

Onun sözlərinə görə, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşı kimi qəbul olunmaq üçün müvafiq ərizə ilə müraciət etməlidirlər. Bu həm də o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə Bakının suverenliyini və qanunlarını da tanıyırlar.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan Qarabağ ermənilərinin dil, mədəni, dini və bələdiyyə hüquqlarını təmin edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Maçado Rusiyanın Venesueladan çıxarılmasını tələb etdi

redaktor

Putin Paşinyanı ağır cəza ilə hədələdi: Kreml Ermənistanı xəritədən silməklə təhdid edir.

admin

Ceyhun Bayramov: “Ruben Vardanyanın fəaliyyəti cinayətkar və avantürist xarakter daşıyır”

redaktor