Kriminal

Yasamalda qadın küçədə bıçaqlandı – VİDEO

Yasamalda qadın küçədə bıçaqlandı - VİDEO

Yasamal rayonunda qadın küçədə bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Orta yaşlı kişi yolda gedən qadına yaxınlaşaraq, ona bıçaqla xəsarət yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Məlumata görə, onlar tanış olub, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Videonu jurnalist Könül Aypara sosial şəbəkə hesabında paylaşıb.

Tacxeber.com

Oxşar xəbərlər

Sədərək gömrüyündə sürücülərdən “sürətli keçid” adı ilə rüşvət yığılır – İddia

admin

Generalın məhkəməsi: “Bəziləri at kimi üzümə durur, hamı pul qazanıb”

admin

Qətlə yetirilən azərbaycanlı şairənin bacısı da güllələndi

redaktor