Hadisə

Xersonun mərkəzi atəşə tutulub, ölən və yaralanan var

 

Rusiya qüvvələrinin Ukraynanın Xerson şəhərinin mərkəzini atəşə tutması nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

“Report” xəəbr verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının başçısı Oleksandr Prokudin teleqramda bildirib.

“Təəssüf ki, insanlar zərər çəkib. Rusiyanın atəşi nəticəsində 35 yaşlı qadın ölüb, daha bir xəsarət almış yerli sakin isə xəstəxanaya çatdırılıb”, – o qeyd edib.

Xatırladaq ki, Xerson şəhəri ötən ilin martın 3-dən noyabrın 11-dək Rusiya ordusunun işğalı altında olub. Bu şəhər fevralın 24-də başlayan müharibədə Rusiyanın ələ keçirdiyi ən böyük yaşayış məntəqəsi idi.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada həyacanlı anlar: 2 sərnişin təyyarəsi QƏZA ENİŞİ ETDİ

admin

Qazax rayonunda Ayətullah Xomeyni tərəfdarı olan, evini məscidə çevirən saxta axund həbs edilib

admin

HƏMAS lideri öldürüldüyünü təsdiq edən dəhşətli foto yayıldı /18+

admin